İŞİD Suriyada bir bölgəni ələ keçirib

1-11-2015, 13:00           
İŞİD Suriyada bir bölgəni ələ keçirib
İŞİD qruplaşması Suriyanın Hums vilayətində sakinlərinin çoxunu xristianlardan təşkil olunan Məhin bölgəsini ələ keçirib.

Avropa.info xəbər verir ki, İŞİD silahlıları bölgənin girişində qurulan barrikadaları partladaraq şəhərə daxil olublar.

Təşkilatın hökumət binalarını tamamilə ələ keçirdiyi və təşkilat üzvləri ilə Əsəd tərəfdarları arasında qızğın döyüşlərin getdiyi bildirilir.

Xatırladaq ki, İŞİD bundan əvvəl də Hums şəhərinin ətraf bölgələrində yerləşən Cizəl neft sahəsini və yaxınlığındakı iki təpəni ələ keçirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru