19 yaşlı qızı daş-qalaq edərək öldürdülər - VİDEO

3-11-2015, 23:07           

AzadlıqRadiosunun əfqan xidməti ötən həftə Qor əyalətində 19 yaşlı qızın daş-qalaq edilərək öldürülməsinin videosunu yayıb.

İki dəqiqəlik video görüntüdə ətrafa toplaşan kişilər qadını daşa basır, onun qışqırtısı eşidilir. Yerli polis əməkdaşı Mohammad Aziminin oktyabrın 26-da AzadlıqRadiosuna verdiyi məlumata görə, Rokhsana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş. Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyir.
[media=https://www.youtube.com/watch?time_continue=6&v=be4vuQTCflQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru