Müxalifət: “Rusiyanı dayandırın, ya da…”

4-11-2015, 22:50           
Müxalifət: “Rusiyanı dayandırın, ya da…”
Suriyada müxalif qrupların meydana gətirdiyi Hələb Fəth Ordusu beynəlxalq ictimaiyyətə çağırışı edib.

Axar.az xəbər verir ki, ordunun sözçüsü Yasir Əbdürrəhim Rusiyanın yalnız müxalifləri vurduğunu iddia edib:

“İŞİD Rusiya hücumlarından istifadə edərək Hələbdə irəliləyir. Rusiya və Əsəd qüvvələrinin birinci hədəfi müxaliflərin qərargahıdır. Beynəlxalq ictimaiyyət Rusiyanın Azad Suriya Ordusu (OSO) və vətəndaşlara qarşı təşkil etdiyi əməliyyatları görməzlikdən gəlir. Bütün dünya bu hücumları dayandırmalıdır. Əks halda bizə silah versinlər, döyüşək”.

Xatırladaq ki, Rusiya döyüş təyyarələri son olaraq Palmira şəhərini bombalayıb. Nəticədə 20 vətəndaş həlak olub. Lakin Rusiya Müdafiə Nazirliyi sözügedən ərazidə İŞİD və Nüsrə Cəbhəsinə məxsus 237 hədəfin məhv edildiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru