Tiflis qarışır: ABŞ səfiri hökuməti xəbərdar etdi

6-11-2015, 17:19           

“Rustavi-2” kanalının rəhbərliyinin dəyişdirilməsi cəhdi siyasi məzmun daşıyır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli söyləyib. Onun sözlərinə görə, ABŞ “Rustavi-2” telekanalı ilə bağlı baş verən proseslərdən narahatdır:

“Demokratik cəmiyyətlərdə tənqidi fikirlər boğulmaq əvəzinə təşviq edilməlidir. Biz Gürcüstanın Avroatlantik kursuna addımlamaq istəklərini dəstəkləməyə davam edirik. Hökuməti KİV-in azadlıq prinsiplərinə və siyasi plüralizmə əməl etməyə çağırırıq. Bu, həmin istəklərin ayrılmaz parçasıdır”.

Qeyd edək ki, bu gün Tiflis Şəhər Məhkəməsi “Rustavi-2” kanalının Baş direktoru Nikoloz Qvaramiyanın öz vəzifəsindən azad edilməsi haqqında qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru