Rusiyalı turistin yekəbaşlıği onun qulağı bahasına başa gəldi

14-02-2016, 19:42           

Taylandın Pxuket vilayətində rusiyalı turist bazarda balıq alveçisi ilə davada xəsarət alıb.

Mixail adlı Rusiya vətəndaşı bazarda 400 bat (təxminən 18 manat) balıq alıb və 1000 batlıq əskinas verib.

Satıcının xırda pulu olmayıb, lakin Mixail hesab edib ki, onu aldatmaq istəyirlər və taylandlı alverçi ilə yüksək səslə danışaraq, ona qarşı hörmətsizlik etməyə başlayıb. Mübahisə davaya keçib, Mixail satıcını itələyib, o isə cavabında bıçaqla hücum edərək rusiyalı turistun sol qulağını kəsib və sağ gözünü zədələyib.

Xəsarət alanı xəstəxanaya çatdırıblar. Polis hadisəni araşdırmağa başlayıb.

İstintaqın versiyasına əsasən, mübahisəyə iştirakçılar arasında dil baryeri olması səbəb olub - onlar bir-birini başa düşə bilməyiblər. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru