ABŞ prezidenti D.Trampın iki ən önəmli simaları Marko və Pete, Ukrayna prezidenti V.Zelenskinin əlində nəinki "kartlarının" , həm də çox ciddi " kozır kartlarının" ölduğunu etiraf edirlər.

Bu gün, 00:04           
ABŞ prezidenti D.Trampın iki ən önəmli simaları Marko və Pete, Ukrayna prezidenti V.Zelenskinin əlində nəinki  "kartlarının" , həm də çox ciddi " kozır kartlarının" ölduğunu etiraf edirlər.
ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Ukrayna Silahlı Qüvvələri hazırda Avropada ən güclü və döyüş qabiliyyətli qüvvədir və bu güc dörd illik müharibənin alovunda formalaşıb.
ABŞ müharibə naziri Pete Hegseth isə deyir ki, Amerika hərbçiləri amerikalılarda olmayan dron döyüş təcrübəsini öyrənmək üçün mütəmadi olaraq Ukraynaya göndərilir.
Bundan əlavə, ABŞ və Ukrayna dronlarla bağlı böyük bir razılaşma hazırlayır — Ukrayna öz pilotsuz sistemlərini ABŞ-a ixrac etməyi planlaşdırır.
Baxın, Donald Trumpın Ukraynanın “kartları olmadığını” iddia etməsindən cəmi bir ildən bir az çox vaxt keçib.
Necə deyərlər; - Sizə kart lazım idi, alın bu da sizə "kart"!
Nəriman Abdinov
0:02 / 0:21
0:10 / 0:33












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru