İranda daxili gərginlik: “Yaşıl İnqilab”a doğru

16-02-2016, 10:06           
İranda daxili gərginlik: “Yaşıl İnqilab”a doğru
İranda parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində fraksiyalar arasında mübarizə qızışır. Axar.az xəbər verir ki, İran parlamentinə daxil olmaq üçün 290 yer uğrunda mübarizə aparılacaq. Əsas mübarizə isə Ali dini lider Əli Xameneinin xələfini seçəcək 88 yerlik Mütəxəssislər Məclisi uğrunda olacaq. Bu yerlər uğrunda mübarizə islahatçılar və mərkəzi təmsil edən qruplar arasında gedəcək.
Prezident Ruhani və digər islahatçı qruplar 9 fevralda Konstitusiyanın Müdafiəsi Şurasına təzyiq edərək namizədliyi qeydə alınmayan 1400 nəfərin hüquqlarının ekstradisiya edilməsini tələb ediblər. Qeydə alınan son namizəd siyahısı isə 16 fevrala qədər açıqlanmayacaq. Ancaq İrandakı seçki siyasəti ilə yaxından maraqlanan mənbələr namizədlərin seçkidən kənarda saxlanılacağını və mühafizəkarların böyük üstünlük əldə edəcəyini qeyd edirlər.
Bildirilir ki, parlament seçkiləri ilə bağlı qurulan siyasi oyun İranı “Yaşıl İnqilab”a doğru aparır.
Qeyd edək ki, İranda parlament seçkiləri bu ilin 26 fevralında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru