İran Rusiyadan 8 milyard dollarlıq silah alır...

16-02-2016, 12:34           
İran Rusiyadan 8 milyard dollarlıq silah alır...
İran Rusiyadan 8 milyard ABŞ dolları dəyərində silah almaq niyyətindədir.

Moderator.az bunu “Русская служба новостей”-ə istinadən xəbər verir.

Tehran artıq Moskvaya istənilən hərbi texnika və silah siyahısını təqdim edib. Siyahıda – təyyarələr, helikopterlər, raket kompleksləri, gəmilər, sualtı qayıqlar var. Anlaşmaya Tehranın maliyyə çatışmazlığı və Birləşmiş MillətlərTəşkilatının Təhlükəsizlik Şurasının məhdudiyyətləri mane ola bilər.

Bazar ertəsi Moskvaya iki günlük səfər ilə İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan gəlib. Səfərin proqramında Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu və baş nazirin müavini Dimitriy Roqozin ilə görüş planlaşdırılıb. Kremlə yaxın olan mənbəyə görə, bu gün generalı Rusiya prezidenti qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru