Müsəlman xərçəngi vaxtında “tapan” cihaz düzəltdi

18-02-2016, 14:17           
Müsəlman xərçəngi vaxtında “tapan” cihaz düzəltdi
Pakistanlı mühəndis Samir İqbal xərçəng xəstəliyinin ilkin mərhələlərdə müəyyən edə bilən cihaz kəşf edib.

Məlum olduğu kimi, bu ölümcül xəstəliyi yalnız vaxtında “tapanda” müalicə etmək mümkün olur. Amerikada yaşayan müsəlman İqbalın rəhbərlik etdiyi tədqiqatçılar qrupunun diaqnostik cihazı real zamanda insan hüceyrələrinin davranışını öyrənir. Arlinqtondakı Texas Universitetinin elektrotexnika kafedrasının dosenti olan pakistanlı alimin kəşfi sayəsində məlum olub ki, sağlam hüceyrələrdən fərqli olaraq xərçəngə “yoluxmuş” insan hüceyrələri dəriyə bənzər nano-tekcturasiya olunmuş səthlərlə qarşılaşanda “rəqs etməyə” başlayırlar. Bu yolla xərçəng hüceyrələrini “aldadaraq” cəlb etməklə, onların orqanizmdə varlığını müəyyən etmək olur. Samirin kəşfi barədə ABŞ-ın Nature Scientific Reports adlı elmi nəşrində məlumat verilib. Müsəlman alimin ixtira etdiyi yeni cihazdan istifadə etməklə həkimlər ilkin mərhələdə xərçəng hüceyrələrini taparaq onların metastazına, yəni böyüyərək orqanizmə yayılmasına imkan verməyəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru