Rusiyanın BMT-dəki rəsmisi İŞİD-dəki Azərbaycan vətəndaşlarından DANIŞDI

18-02-2016, 14:43           
Rusiyanın BMT-dəki rəsmisi İŞİD-dəki Azərbaycan vətəndaşlarından DANIŞDI
Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Vitali Çurkin həmin Şuraya göndərdiyi məktubda Türkiyəni İŞİD-ə dəstək verən və onlara öz ərazisində təlim keçməyə imkan verən ölkə kimi tanımağı istəyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məktubunda rusiyalı diplomat İŞİD üzvlərinin Antalyada geniş şəbəkə qurduqlarını və sıralarına yeni üzvlər cəlb etdiyini yazıb.
“Əldə olunan məlumatlara görə İŞİD Türkiyə xüsusi xidmət orqanlarının köməyi ilə Antalayada postsovet ölkələrindən gələn şəxsləri öz sıralarına cəlb etmək və gələcəkdə Rusiya ərazisinə göndərmək üçün şəbəkə qurublar”.

Vitali Çurkin təşkilata üzvlər cəlb etməkdə Azərbaycan və Rusiya vətəndaşlarının fəal iştirak etdiyini yazıb.

“Onların fəaliyyətinə Rusiya vətəndaşı olan Ruslan Xaybullov başçılıq edir”.

Sonda diplomat təkcə 2014-cü ilin sentyabrında Türkiyənin Qaziantep şəhərinə yaxın gömrük məntəqəsindən Suriyaya mindən artıq İŞİD könüllüsünün daxil olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru