Tehranda seçkilərin nəticələri açıqlandı

28-02-2016, 11:45           
Tehranda seçkilərin nəticələri açıqlandı
İranda cümə günü keçirilmiş ölkə parlamentinə və Ekspertlər Şurasına seçkilərin Tehran üzrə yekun nəticələri açıqlanıb.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, səs çoxluğu İran ruhanilərinin mötədil qanadının təmsilçilərinin tərəfində olub. Belə ki, Qərarların məqsədəuyğunluğu üzrə şuranın sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olmuş Əli Əkbər Haşimi-Rəfsəncani və hazırki prezident Həsən Ruhani qalib gəliblər. İRNA agentliyi Tehrandan Ekspertlər Şurasına seçilmiş 16 din xadiminin siyahısını dərc edib.

Ekspertlər Şurasının hazırki sədri, ultrakonservatorların nümayəndəsi hesab edilən ayətullah Məhəmməd Yəzdi 15-ci yeri tutub.

Seçkilərdə Tehranda yaşayan seşki hüququ olan vətəndaşların təxminən 48%-nin iştirak etdiyi bildirilir. Ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Tehranda 3,9 mln nəfər seçkidə iştirak edib ki, bu da səsvermə hüququ olan əhalinin 48%-nə bərabərdir.

İran prezidenti deyib ki, seçkinin nəticələrindən asılı olmayaraq, İran xalqı və dövləti ondan qalib kimi ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru