Dünyanın ən varlı adamlarının siyahısı açıqlanıb

1-03-2016, 22:29           

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.

İkinci yerdə “Оrteqo Inditex” şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.

Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.

İlk onluqda “Facebook”-un təsisçisi Mart Zukerberq, “Oracle” şirkətinin təsisçisi Larri Ellison, “Bloomberg” agentliyinin sahibi Maykl Blumberqin də adı var.

Qeyd edək ki, “Forbes”-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru