Rusiyanın Krımdan imtina edəcəyi vaxt AÇIQLANDI

3-03-2016, 13:54           
Rusiyanın Krımdan imtina edəcəyi vaxt AÇIQLANDI
“Rusiya prezident Vladimir Putinin hakimiyyəti dövründə Krımdan imtina etməyəcək. Amma ölkədəki iqtisadi problemlər hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu prezident Pyotr Poroşenkonun Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi, Ali Radanın deputatı Mustafa Cəmilov deyib.
“Putin hakimiyyətdə olduğu dövrdə Rusiya çətin ki, Krımdan imtina etsin. Çünki bu, onun üçün həyati məsələdir. Əgər Putin öz ölkəsi haqqında düşünsəydi, o, Krımı geri qaytarardı”, – Cəmilov qeyd edib.
Bununla belə, Cəmilov proqnozlaşdırır ki, Rusiyanın iqtisadi problemlərı ölkədə mütləq ciddi nəticələrə gətirib çıxaracaq və hakimiyyət dəyişikliyi baş verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru