Pentaqon: “ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”

4-03-2016, 09:29           

Ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun nümayəndəsi bəyan edib.

“Mövqeyimiz dəyişməz olaraq qalır. Hesab etmirik ki Şimali Koreya qitələrarası nüvə başlıqlı ballistik raketlərə malikdir. Lakin ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır”, deyə Pentaqon rəsmisi bildirib.

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In KXDR-nın hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib.

Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru