Ermənilərin növbəti oğurluğu bu dəfə gürcüləri qəzəbləndirdi - FOTOLAR

10-03-2016, 22:52           

Azərbaycanın milli yeməklərini, musiqi alətlərini, mədəniyyət abidələrini özününküləşdirməyə çalışan ermənilər bu dəfə gürcü şirniyyatlarına da əl atıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bədnam qonşularımız Rusiyanın bir sıra alqı-satqı mərkəzlərində məşhur gürcü çurçxelasını erməni “snikersi” adı altında 30 rubla satışa çıxarıblar.

Gürcülər isə bunun fotosunu çəkərək erməniləri saxtakarlıqda ittiham ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri çurçxelanın ermənilərə heç bir aidiyyəti olmadığını bildirərək buna etirazlarını ifadə ediblər. Bir neçə gürcü isə çurçxelanın ermənilərə “məxsus” olduğunu vurğulamaqla onları ələ salıblar.

Foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Erməniləri oğurluqda ittiham edən gürcülər buna ciddi reaksiya veriblər və saxtakarlığı mətbuatda da müzakirəyə çıxarıblar. Ölkə mediası “budur, artıq gürcü çurçxelası erməni “snikersi” oldu”- deyə vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün bundan əvvəl ermənilər ilk dəfə Gürcüstanda becərilmiş məşhur gül növünün ermənilərə aid olduğunu iddia etmişdilər. Bütün bunlar növbəti oğurluğun təsadüfi olmadığını göstərir.
teref.az olaraq qeyd etmək istəyirik ki, türklərdə ona "qozlu suçuq" deyirlər və bayramlarda o biz türklərində süfrələrinin bəzəyidir!
Ermənilərin növbəti oğurluğu bu dəfə gürcüləri qəzəbləndirdi - FOTOLAR












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru