Putin Moskvada Sərkisyanla görüşür

10-03-2016, 23:40           
Putin Moskvada Sərkisyanla görüşür
Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada prezident Vladimir Putinlə görüşü keçirilir.

"Report"un "news.am"a istinadən verdiyi xəbərə görə, bundan öncə görüş çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət, investisiya, energetika, humanitar və digər sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediləcəyi bildirilirdi. Tərəflər həmçinin Avrasiya məkanında inteqrasiya prosesinin inkişaf perspektivlərinə dair məsələrə toxunacaqlar.
Eyni zamanda, Serj Sarqsyan və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsini müzakirə edəcək, mövcud problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru