“Rusiya ilə müharibə inandırıcı deyil” - ABŞ generalı

11-03-2016, 20:47           
“Rusiya ilə müharibə inandırıcı deyil” - ABŞ generalı
ABŞ və Rusiya müharibəsinin olacağı inandırıcı deyil.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Xoces söyləyib. Onun sözlərinə görə, ABŞ ordusu Ukraynadakı hadisələrdən özünə dərs götürür:

“Buna görə də biz gələn il Avropadakı gücümüzü artıracağıq. Bu addım Rusiya aqressiyasının qarşısını ala bilər”.

Qeyd edək ki, bir müddət öncə ABŞ Avropaya Abrams tankları, Apaçi və Blək Hak vertolyotlarını göndərmək haqqında qərar verib. Bundan başqa Vaşinqton Avropa kampaniyası ilə bağlı mediada yayılacaq dezinformasiyaların qarşısının alınması üçün 5 milyon dollar ayırıb. Üstəlik, yaxın iki il ərzində ABŞ İsveçdə özünün Patriot zenit raket komplekslərini də yerləşdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru