Türkiyənin paytaxtı Ankaradakı son terror hadisəsi ilə əlaqədar Fransanın İstanbuldakı Konsulluğunda bayraq endirilib.
Bu barədə azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Fransanın İstanbuldakı baş konsulu Muriel Domenach öz şəxsi Twitter səhifəsində bayraq şəkili paylaşaraq türk xalqına başsağlığı verib.
Xatırladaq ki, martın13-də Ankaranın mərkəzindəki Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.