İspaniyalı milyarder Vankuverin mərkəzində "Amazon"un icarəyə götürdüyü binanı aldı
21-11-2025, 17:38

İspaniyanın "Inditex" şirkətinin banisi, milyarder Amansio Orteqa Vankuverin mərkəzində ABŞ-nin "Amazon.com Inc." şirkətinin icarəyə götürdüyü "The Post" binasını satın almaq barədə razılıq əldə edib.
Bu barədə məlumatı "Bloomberg" yayıb.
Orteqanın "Pontegadea Inversiones SL" investisiya şirkətinin nümayəndəsi bildirib ki, o, iki qüllədən ibarət kompleks üçün 1.1 milyard Kanada dollarından çox (780 milyon ABŞ dolları) məbləğ ödəyib.
1958-ci ildə Kanada poçtunun çeşidləmə mərkəzi kimi açılan "The Post" binası tam bir məhəlləni əhatə edir. "QuadReal Property Group" onu ofis və ticarət mərkəzinə çevirib. Ofis sahəsi 1.1 milyon kvadratfut (102 min kvadratmetr), ticarət sahəsi isə 185 min kvadratfut (17.18706 kvadratmetr) təşkil edir.
Bu yaxınlarda Orteqa qonşu Bernabi şəhərində "Amazon"un icarəyə götürdüyü anbarı da alıb. Milyarder həmçinin Torontoda "Royal Bank Plaza" binasının sahibidir və "Amazon"un Sietl və Dublindəki icarədarıdır. "Meta" və "Apple" də onun obyektlərini icarəyə götürənlər cərgəsindədir.
"Bloomberg"ə görə, Orteqanın sərvəti 113.8 milyard dollar civarındadır və o, planetin ən varlı adamlarının reytinqində 17-ci yerdədir.
Onun "Pontegadea" şirkəti dünyanın ən böyük özəl daşınmaz əmlak portfellərindən birini idarə edir və satın aldıqlarını "Inditex" gələn dividendlərlə maliyyələşdirir. Pərakəndə satışın ən böyük səhmdarı olan Orteqa sərvət vergilərindən qaçmaq üçün ondan əldə etdiyi dividendləri mütəmadi olaraq yenidən investisiya edir. O, 2025-ci ildə bu cür dividendlərdən ilk dəfə 3 milyard avrodan çox gəlir əldə edəcək.

