İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?
Bu gün, 15:14
Bloomberg Milyarderlər İndeksi yanvar ayı üzrə milyarderlərin sərvətləri açıqlanıb.
Valyuta.az xəbər verir ki, ilk yerdə illərdir birinciliyini qoruyan İlon Mask qərarlaşıb. Onun qazancı illik 56,9 milyard dollar artaraq 676 milyard dollara çatıb.
Siyahının 2-ci sırasını Larri Peyc tutub. İndeksə görə, bu milyarderin gəliri 20 milyard dollar artaraq 289 milyard dollara çatıb.
Sergey Brin isə öz qazancını illik 18,9 milyard dollar artıra bilib. Onun sərvəti hal-hazırda 269 milyard dollardır.
Tanınmış milyarder Cef Bezos siyahının 4-cü sırasında qərarlaşıb. Onun da xalis sərvəti 261 milyard dollardır. Siyahıda qeyd olunur ki, milyarder sərvətini illik 8,13 milyard dollar artıra bilib.
Siyahıda – 5-ci pillədə Mark Zuckerberg gəlib. Onun sərvəti 253 milyard dollar təşkil edib. Milyarder sərvətini 19,5 milyard dollar artıra bilib.
Qeyd edək ki, siyahıda ilk 5-likdə qərarlaşan milyarderlərin hamısı ABŞ vətəndaşlarıdır və hamısı texnologiya sahəsində fəaliyyət göstərir.