Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb

Bu gün, 16:14           
Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb
Vahid Ələkbərovun sərvəti 1,55 milyard dollar artıb.

“Bloomberg Billionaires Index” xəbər verir ki, 2026-cı ilin əvvəlindən bəri Rusiya iş adamlarının sərvətində əhəmiyyətli artım qeydə alınıb.

Neft nəhəngi “Lukoil”in qurucusu Vahid Ələkbərovun sərvəti 1,55 milyard dollar artaraq 24,1 milyard dollara çatıb.

“Norilsk Nikel”in prezidenti Vladimir Potanin isə ilin əvvəlindən etibarən 3,46 milyard dollar gəlir əldə edib və ümumi sərvəti 29,9 milyard dollara yüksəlib.

“EuroChem” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun sərvətində də artım müşahidə olunub — o, 2,83 milyard dollar qazanaraq ümumi sərvətini 21,8 milyard dollara çatdırıb.

“Novatek”in baş direktoru Leonid Mixelson isə yanvar ayında 1,93 milyard dollar gəlir əldə edərək sərvətini 25,6 milyard dollara qədər artırıb.
Bununla yanaşı, adıçəkilən dövrdə ən böyük maliyyə itkisi “Telegram” messencerinin həmtəsisçisi Pavel Durova məxsus olub — onun sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollara düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]