Ən təhlükəli dərd, ağılsız olub, özünü hər şeyi bilən bir dahi kimi aparmaqdır
Bu gün, 11:38

Dünyadakı dezinformasiya, şayiə, şişirdilmiş xəbər və komplo nəzəriyyələrin əsas ocağı 3 ölkədir: Rusiya, İran və Türkiyə.
Azərbaycan, təəssüf ki, coğrafi olaraq bu üç təsir dairəsinin tam mərkəzində yerləşir. İran molla nağıllarıyla, Rusiya dezinformasiya videolarla, Türkiyə isə Kurtlar Vadisi tipli bəsit və zərərli seriallarla, Qərbə düşmən ekspertləri ilə beyinləri zəhərləyir.
Bu informasiya kirliliyi xalqımızın sağlam düşüncə tərzini itirməsinə səbəb olub. Artıq cəmiyyətdə hər şeyə patoloji şübhə ilə yanaşmaq və hər hadisənin arxasında gizli bir qüvvə axtarmaq meyili yaranıb. Belə bir mühitdə sağlam təşkilatlanma və ya siyasi partiyalaşma prosesi, təbii ki, mümkün deyil.
Bu gün təkcə kobudluğa görə 40-a yaxın insanı bloklamışam. Adamlar ciddi-ciddi özlərini dünya siyasətinin mərkəzində hiss edirlər, elə bilirlər ki, onların fikirləri Tramp üçün həlledici əhəmiyyət kəsb edir. Bu üzdən Orxanla əlaqə saxlayıblar ki, sən canı yaxşı statuslar yaz, malala söhbəti.
Mən artıq çətin Azərbaycana dönüm. Hazırda yazdıqlarım sadəcə bir hobbdir, mənə maddi qazanc gətirmir. Bir də görəcəksiniz ki, köhnə çevrədən olan bir çox ziyalı kimi mən də səssiz-səmirsiz itmişəm. Dil, iş yeni həyata başlamalıyam, gecikirəm.
Xalqın əsas dərdi savadsızlıq deyil, bilməmək eyib deyil. Ən təhlükəli dərd, ağılsız olub, özünü hər şeyi bilən bir dahi kimi aparmaqdır. Bu hal elmdə Dunning-Kruger effekti adlanır. İnsan bir mövzu haqqında nə qədər az bilirsə, özünü o qədər ekspert hesab edir.
Belə insanların olduğu cəmiyyət inkişaf edə bilmir. Çünki hər şey bildiklərini düşünürlər, eşitdiklərinə fərqli fikir bildirirlər, biləni də gözdən salırlar.
Orxan Atabəy
TEREF

