Dörd müavinəti heç bir quruma müraciət etmədən almaq olar

Bu gün, 09:44           
Dörd müavinəti heç bir quruma müraciət etmədən almaq olarAzərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Həmin müavinatlar aşağıdakılardır:

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləliyə və doğuma görə müavinət;
3 yaşınadək uşağa qulluğa görə müavinət;
dəfn üçün birdəfəlik müavinət;
proaktiv qaydada təyin ediləcək.

Bildirilib ki, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.

Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.

Yeni qərarla, həmçinin MDSS əsaslı bir sıra müavinətlərin hesablanması qaydası və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub.

Ümumilikdə son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]