Rusiyaya qoyulan qadağanın ləğvini DƏSTƏKLƏDİ

Bu gün, 12:34           
Rusiyaya qoyulan qadağanın ləğvini DƏSTƏKLƏDİ
FİFA prezidenti Canni İnfantino Rusiya milli komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulmasına qarşı çıxıb.
Ajans.az xəbər verir ki, o, SkyNews-a müsahibəsində bu məsələyə toxunub.

“Mən həmişə qadağalar və sanksiyalara qarşı olmuşam. Məncə bunlar müsbət heç nə gətirmir. Əksinə, daha çox nifrətin yayılmasına səbəb olur”, - Canni İnfantino vurğulayıb.

O, Rusiya qarşı qadağanın heç nəyə nail olmadığını, sadəcə nifrəti və qəzəbi təşviq etdiyini deyib.

Xatırladaq ki, FIFA 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı qadağa tətbiq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]