ABŞ demokratiyasının gücü və böyüklüyü

Bu gün, 09:34           
ABŞ demokratiyasının gücü və böyüklüyü
"Qremmi" mükafatlarının təqdimetmə mərasimində aparıcı Trevor Noy Trampı açıq-aşkar ələ salır və deyir ki, Epşteyn adası artıq olmadığına görə, Klintonla görüşlər üçün Trampa indi Qrenlandiya lazımdır. Zal gülüşə boğulur. Tramp isə cavab olaraq hədə-qorxu dolu tvitlər yazır, məhkəmə ilə hədələyir, Epşteynin adasında heç vaxt olmadığını bildirirdi.
Ökənin ən böyük musiqi mərasimində aparıcının Prezidenti açıq şəkildə məsxərəyə qoya bildiyi, həmin prezidentin isə sosial şəbəkələrdə özünü müdafiə etməyə məcbur qaldığı bir ölkədə hakimiyyət müqəddəsləşdirilə bilməz, cəmiyyət isə qorxa bilməz.
Epşteyn dosyelərində gördüklərimiz həqiqətən də dəhşətlidir. Bu, elitaların, institutların və nəzarət mexanizmlərinin sistemli iflasıdır. Amma Amerika demokratiyasının gücü onda deyil ki, belə şeylər baş vermir, onun gücü ondadır ki, bunlar ifşa oluna, araşdırıla və ictimai müzakirəyə çıxarıla bilir.
Bu ölkə yaşayacaq. O, Trampı da, Klintonu da və istənilən digər müvəqqəti fiqurları da geridə qoyacaq, çünki onun dayanıqlığı siyasətçilərdə deyil, cəmiyyətin tabuları dağıtmaq, hər şeyi öz adı ilə çağırmaq və ağrılı, amma zəruri səhvlər üzərində işləmək bacarığındadır.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]