Ronaldu "Əl-Nəsr"in heyətindən ÇIXARILDI

Bu gün, 12:14           
Ronaldu "Əl-Nəsr"in heyətindən ÇIXARILDI
"Qızıl top"un beşqat sahibi, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında "Ər-Riyad" klubuna qarşı keçiriləcək oyunda "Əl-Nəsr"in heyətinə daxil edilməyib.
Ajans.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Portuqaliyanın "A Bola" nəşri Ronaldunun oyunu boykot edə biləcəyi ilə bağlı xəbər yaymışdı. Mənbənin iddiasına görə, futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır.

Xüsusilə də eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə "Əl-Nəsr"in daha zəif idarə olunduğunu düşünür. Ronaldu hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 18 turdan sonra "Əl-Nəsr" 43 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Əl-Hilal"dan 3 xal geri qalır. "Ər-Riyad" – "Əl-Nəsr" matçı bazar ertəsi keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]