Bu ölkə də İranla bağlı hərəkətə keçdi

Bu gün, 11:14           
Bu ölkə də İranla bağlı hərəkətə keçdi
Böyük Britaniya İrana qarşı sanksiya siyahısını yeniləyib.

TEREF xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Siyahıya 10 fiziki şəxs və bir təşkilat daxil edilib. XİN-in açıqlamasına görə, sanksiyalar insan hüquqlarının ciddi şəkildə pozulması, o cümlədən ifadə azadlığının boğulması, dinc toplaşma və yaşamaq hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı tətbiq olunub.

Tətbiq edilən tədbirlər sanksiya siyahısına salınan şəxslərin aktivlərinin dondurulmasını, rəhbər vəzifələr tutmasının qadağan edilməsini və ölkəyə girişinə yasağı nəzərdə tutur.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]