"Saudi Aramco" milyardlarla dollarlıq aktivlərinin satışını planlaşdırır

25-11-2025, 17:14           
"Saudi Aramco" milyardlarla dollarlıq aktivlərinin satışını planlaşdırır
Səudiyyə Ərəbistanının "Saudi Arabian Oil Co." (Saudi Aramco) dövlət neft şirkəti milyardlarla dollarlıq aktivlərinin satış imkanını nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, şirkət neft ixrac terminalındakı və neft anbarındakı payını sata bilər. İnvestisiya banklarına ayrılacaq potensial aktivlərin hərtərəfli qiymətləndirilməsi üçün tenderdə iştirak etmək təklif olunub. Aktivlərin dəyəri 10 milyard dolları keçə bilər.

"Saudi Aramco" sövdələşmələr çərçivəsində yeni səhmdar kapitalının cəlb edilməsini də nəzərdən keçirir. Üstəlik, şirkət "Global Infrastructure Partners"la ("BlackRock"un nəzarətində olan GIP) "Jafurah" qaz layihəsi ilə bağlı son sövdələşməyə analoji strukturdan istifadə edə bilər. Bu sövdələşmə zamanı "Saudi Aramco" və GIP birgə müəssisə yaradıblar və layihəyə xidmət edən aktivlər ona icarəyə verilib.

Mənbələrdən birinin sözlərinə görə, "Saudi Aramco"nun aktivləri bütün dünya şirkətləri arasında böyük marağa səbəb olub və bankçılar artıq onların ayrılması üçün bir neçə plan təqdim ediblər. Şirkətin neft ixracı terminalı və neft anbarı çox gəlirli aktivdir. Şirkət onun satışı üçün rəsmi prosesə gələn ilin əvvəlində start verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]