Bu ölkədə dövlət müəssisələri, bank və mağazalar fəaliyyətini dayandırdı

28-11-2025, 08:44           
Bu ölkədə dövlət müəssisələri, bank və mağazalar fəaliyyətini dayandırdı
Qvineya-Bisaunun paytaxtı tam şəkildə hərbi qüvvələrin nəzarəti altındadır. Dövlət müəssisələrinin, bankların, bazarların və mağazaların fəaliyyəti dayandırılıb.

Bu barədə ölkədəki Rusiya səfirliyi məlumat yayıb.

“Sentyabrın 27-nə olan məlumata görə, paytaxt tamamilə hərbçilərin nəzarətindədir. Şəhərin mərkəzində bəzi əsas magistrallar tam bağlanıb, güc strukturlarının bölmələri yerləşdirilib. Şəhərdən çıxış yollarında və hava limanına gedən hissələrdə postlar qurulub. Bütün kəsişmələrdə çoxlu hərbi patrullar var, polis postlarına isə daha az rast gəlinir. Küçələr boşdur. Dövlət qurumları, banklar, bazarlar və mağazalar fəaliyyət göstərmir”, – səfirlikdən bildirilib.

Səfirliyin məlumatına görə, diplomatik nömrələr daşıyan avtomobillər daxil olmaqla bütün nəqliyyat vasitələri diqqətlə yoxlanılır.

“Hərbçilər nəzakətlə, lakin israrla arxa oturacaqların yoxlanılması üçün şüşələrin endirilməsini tələb edirlər. Həmçinin şəhər küçələrində nömrəsiz, şüşələri tündləşdirilmiş maşınlar peyda olub. Ölkədə fəaliyyət göstərən iki internet operatorundan yalnız biri işləyir. Lakin hərbi rəhbərlik bu rabitə kanalını da bağlamaqla hədələyir. Bundan başqa, TikTok və Facebook artıq bloklanıb. Rusiya diplomatik nümayəndəliyinin fəaliyyətinə, səfirlik əməkdaşlarının və ölkədə yaşayan Rusiya vətəndaşlarının təhlükəsizliyinə hər hansı təhlükə yoxdur” – məlumatda vurğulanıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]