Danimarka XİN-də Trampa görə yeni vəzifə təsis edilib
28-11-2025, 15:18
Danimarka Xarici İşlər Nazirliyində (XİN) hər gecə vəzifəsi ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı atdığı addımları və verdiyi bəyanatları izləmək olan xüsusi növbətçi çalışır.
Bu barədə məlumat "Politiken" nəşrinə istinadən verilib.
Nazirlikdə bu ştat vahidi Trampın Qrenlandiyanı ABŞ-nin bir hissəsinə çevirmək istədiyini açıqlamasından sonra yaradılıb.
Növbətçinin vəzifəsi D.Tramp Qrenlandiya barədə hər hansı bəyanat verdiyi halda, onun dəqiq olaraq necə deyildiyini qeydə almaq və səhərə qədər Danimarka Nazirlər Kabinetinə, eləcə dəmüvafiq qurumlara hesabat hazırlamaqdır.
Əgər Tramp hər hansı kritik addım atarsa, növbətçi ilkin tədbirlər görməlidir. Bu məqsədlə əməkdaşın ixtiyarında Danimarka XİN rəhbərliyinin telefon nömrələri mövcuddur.