Tramp: ABŞ-də dərman qiymətləri sürətlə ucuzlaşır

30-11-2025, 10:44           
Tramp: ABŞ-də dərman qiymətləri sürətlə ucuzlaşır
ABŞ-da dərmanların qiymətləri sürətlə aşağı düşür.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu nailiyyət ABŞ-ni böyük imtiyazlara malik dövlətə çevirən səylər sayəsində mümkün olub.

"Başqa heç bir prezident bunu bacarmayıb, amma mən bunu edə bildim. Bu, həm də çox daha ucuz və keyfiyyətli səhiyyə probleminin həllidir. Respublikaçılar, unutmayın ki, bunu başqası yox, biz etmişik. Bu, tibdə bir inqilabdır, tarixin ən böyük və ən mühüm hadisəsidir”, - ABŞ Prezidenti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]