Amerikalılar "Qara cümə"də rekord məbləğdə pul xərclədilər

30-11-2025, 11:04           
Amerikalılar "Qara cümə"də rekord məbləğdə pul xərclədilər
ABŞ sakinləri noyabrın 28-də "Qara cümə"də onlayn alış-verişə rekord 11.8 milyard dollar xərcləyiblər. Bu, keçən illə müqayisədə 9.1% daha çoxdur.

Moderator.az xəbər verir ki, bu barədə internet mağazalarının məlumatlarını izləyən "Adobe Analytics"ə istinadən "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, ən populyar məhsul kateqoriyaları geyim və aksesuarlar olub. "Adobe Analytics"in proqnozlarına əsasən, noyabrın 29-da amerikalılar alış-verişə 5.5 milyard dollar (illik 3.8% artım), noyabrın 30-da isə 5.9 milyard dollar (illik 5,4% artım) xərcləyəcəklər. Şirkət gözləyir ki, "Kiber bazar ertəsi"ndə ("Cyber Monday" (dekabrın 1-də) ölkə sakinləri 14.2 milyard dollarlıq alış-veriş edəcəklər. Bu, keçən illə müqayisədə 6.3% daha çoxdur.

Bu il endirimlər bir çox idxal mallarına ABŞ-nin tətbiq etdiyi rüsumlar səbəbindən iqtisadi qeyri-müəyyənlik fonunda başlayıb. Qeyd olunur ki, bu həm pərakəndə satıcılar, həm də istehlakçılar üçün xərclərin artmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]