Venesuela ABŞ-ın hücumuna cavab planı hazırlayıb

1-12-2025, 08:44           
Venesuela ABŞ-ın hücumuna cavab planı hazırlayıb
Venesuela ABŞ tərəfindən mümkün hərbi müdaxilə halında iki fərqli cavab strategiyası hazırlayıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, birinci plan ölkə üzrə 280-dən çox nöqtədə kiçik silahlı dəstələrdən istifadə edərək sabotaj və partizan müqaviməti təşkil etməyi nəzərdə tutur.

İkinci ssenari isə “anarxizasiya” adlanır və hakim partiyanın tərəfdarları və xüsusi xidmət orqanları vasitəsilə kütləvi iğtişaşlar yaratmağı, ölkəni idarəolunmaz vəziyyətə salmağı planlayır.

Bundan öncə Donald Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan edərək ABŞ-ın yaxın zamanda narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatlarına başlaya biləcəyini bildirib.

Vaşinqton Venesuela hökumətini narkotik qaçaqmalçılığı ilə yetərincə mübarizə aparmamaqda ittiham edir və ABŞ donanması artıq Karib dənizində hərbi qüvvələr yerləşdirib. Sentyabrdan bəri ABŞ ordusu bölgədə ən azı 20 sürətli qayığı məhv edib və 80-dən çox insan həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]