ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində dəqiq zərbə - VİDEO

21-03-2026, 12:44           
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində dəqiq zərbə - VİDEO
İran və Ukrayna döyüş meydanlarında ucuz kamikadze dronlarının əsas təhlükəyə çevrildiyi bir şəraitdə Pentaqon, görünür, "sehrli həll" tapıb.

TEREF Baku TV-yə istinadən xəbər verir ki, İsrail kəşfiyyatına yaxın mənbələrin məlumatına görə, ABŞ hərbçiləri onlarla pilotsuz uçuş aparatını saniyələr içində sıradan çıxarmağa qadir olan supergüclü mikrodalğalı silahı uğurla sınaqdan keçiriblər. Nəticələr inanılmazdır: son sınaqlar zamanı sistem bir həmlə ilə 61 hədəf dronundan 49-nu zərərsizləşdirib.


Klassik Hava Hücumundan Müdafiə sistemlərindən fərqli olaraq yeni qurğu raket və ya mərmilərə deyil, yönləndirilmiş elektromaqnit impulslarına əsaslanır. İş prinsipi sanki "sinir sisteminin yandırılması"nı xatırladır: əvvəl ani yüklənmə, daha sonra isə güclü impuls dronun korpusuna nüfuz edərək onun elektron sxemlərində artıq cərəyan yaradır.

Nəticədə idarəetmə dərhal itirilir və bir millisaniyə içində aparatın naviqasiya, operatorla rabitə sistemləri və mühərrik idarəetmə blokları sıradan çıxır. "Beyinsiz" qalan pilotsuz aparat hədəfə çatmağa imkan tapmadan yerə düşür.

Hərbi ekspertlər əmindirlər ki, bu cür sistemlər strateji obyektlər - hava limanları, elektrik stansiyaları və komanda məntəqələri üçün bir növ "dəmir qalxan"a çevriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru