Netanyahu Trampın ultimatumundan sonra İrana bir daha xəbərdarlıq edib

23-03-2026, 09:24           
Netanyahu Trampın ultimatumundan sonra İrana bir daha xəbərdarlıq edib
İsrailin baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi ultimatumdan sonra açıqlama verərək Tehrana qarşı mövqeyini bir daha sərtləşdirib.
Fox News-un məlumatına görə, Netanyahu çıxışında İranın hərbi və raket imkanlarının artdığını vurğulayıb və bu təhlükənin yalnız İsrail üçün deyil, bütün region və Qərb dünyası üçün risk yaratdığını bildirib. O, İranın addımlarına qarşı daha qəti tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Bu açıqlama Trampın İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verməsi və əks halda enerji infrastrukturunu məhv etməklə hədələməsindən sonra səsləndirilib.

Netanyahu həmçinin bildirib ki, İsrail İranın hərbi obyektlərinə qarşı əməliyyatlarını davam etdirəcək və ölkənin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq.

Hazırda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda regionda gərginlik daha da artıb. Qarşılıqlı hücumlar, xüsusilə enerji və hərbi obyektlərin hədəfə alınması, qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradır. (Apa.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru