Kamçatkada milyonlarla ton qar əriməyə başlayıb: Küçələr su altında qalıb - VİDEO
23-03-2026, 17:24
Rusiyanın Kamçatka bölgəsində milyonlarla ton qar əriməyə başlayıb. Yerli sakinlər daşqınlar barədə məlumat verirlər.
Oxu.Az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Bildirilir ki, binaların giriş hissələrində su pilləkənlərə qədər qalxır. Şahidlərin sözlərinə görə, bu günlərdə bir çox insan küçələrdə rezin çəkmələrlə hərəkət etməyə məcbur qalır.
Qar kütləsinin palçığa çevrilməsi səbəbindən avtomobillər yollarda ilişib qalır, evakuatorlar isə çatışmır. Kommunal xidmət işçiləri yağış sularının axıdılması üçün nəzərdə tutulmuş kanalizasiya xətlərini əllə təmizləyirlər. Hökumət orqanları əlavə xüsusi texnika ayırıb, həmçinin briqadaların sayı artırılıb.
Qeyd edək ki, 2026-cı ilin əvvəlində Kamçatkanın cənub hissəsində, o cümlədən regional mərkəz olan Petropavlovsk-Kamçatsk şəhərində qarın hündürlüyü bəzi yerlərdə 2.5 metri keçərək rekord səviyyəyə çatmışdı və kritik vəziyyət yaranmışdı. Hazırda isə bu böyük qar kütləsinin aktiv ərimə prosesi başlayıb.