ABŞ-İran danışıqlarından xəbərdar idik - Starmer

24-03-2026, 00:12           
ABŞ-İran danışıqlarından xəbərdar idik - Starmer
Britaniya ABŞ-İran danışıqlarından xəbərdar idi.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib.

O qeyd edib ki, birinci prioritet münaqişəni tez bir zamanda həll etmək və xüsusilə nüvə silahı kontekstində İrana sərt şərtlər qoyan danışıqlar yolu ilə razılaşmanın hazırlanması olmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hərbi zərbələri 5 günlük müddətə təxirə salıb. O, İranla danışıqların baş tutduğunu iddia etsə də, Tehran bu məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru