Ukrayna Mozambikdən qaz tədarükündə maraqlıdır

24-03-2026, 09:18           
Ukrayna Mozambikdən qaz tədarükündə maraqlıdır
Ukrayna enerji resurslarının əlavə tədarükündə - xüsusən də Mozambikdən - maraqlıdır.
"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Mozambik Prezidenti Daniel Çapo ilə apardığı danışıqların yekununda bəyan edib.

"Mozambik Prezidenti Daniel Çapo ilə Ukraynaya qaz tədarükü və təhlükəsizlik çağırışlarına qarşı fəaliyyət imkanlarını müzakirə etdik. Ukrayna enerji resurslarının əlavə tədarükündə maraqlıdır", - Zelenski öz "Telegram" kanalında yazıb.

O qeyd edib ki, öz növbəsində, Mozambik daxili təhlükəsizliyin gücləndirilməsi və insanların xarici təcavüzdən qorunması üçün Ukraynanın təcrübəsi və texnologiyalarında maraqlıdır.

Liderlər həmçinin rəqəmsallaşma və ərzaq təhlükəsizliyi sahəsində mümkün əməkdaşlığı müzakirə ediblər.

"Komandalarımızın birlikdə işləməsi barədə razılığa gəldik", - deyə Ukrayna lideri yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru