Əfqanıstanın "baça poş" ənənəsi: qızı oğul olsun!
7-05-2026, 17:34

Əfqanıstanda və Pakistanda oğul olmayan ailələr sosial təzyiqlə üzləşirlər, çünki oğul ailənin varisi və ata əmlakının varisi olur. Oğul olmadığı təqdirdə, valideynlər qızlarından birini kişi geyimində geyindirirlər...
Baça poş oğlan kimi yaşayır, kişi geyimində geyinir, saçlarını qısa kəsdirir və ona oğlan adı verilir... digər qızlar kimi təmizlik etmək və yemək bişirmək məcburiyyətində deyil. Baça poş üçün təhsil almaq, biznes idarə etmək, idmanla məşğul olmaq, atası ilə işləmək və ailəni təmin etmək, ictimai yerlərdə sərbəst hərəkət etmək daha asandır; o, həmçinin kişi əvəzinə bacılarına da yoldaşlıq edə bilər.
Oğlan kimi geyinmiş qızlara Əfqanıstan bazarlarında işləmək olar.
Əfqanıstanda demək olar ki, hər kəsin uşaqlıqda oğlan kimi geyinmiş qadın qohumları və ya dostları var.
Qızlar yetkinlik yaşına çatdıqda qadın həyatına qaytarılırlar.
Bir çox əfqan qadını deyir ki, belə geyinmək onlara qızlıqda heç vaxt xəyal edə bilməyəcəkləri bir azadlıq verib.
Sevinc Alxas Qızı

