ABŞ-ın İrana göndərdiyi təkliflər açıqlandı: Hansı şərtlər var?

8-05-2026, 00:04           
ABŞ-ın İrana göndərdiyi təkliflər açıqlandı: Hansı şərtlər var?
ABŞ İranla nüvə proqramı üzrə yeni razılaşma çərçivəsi təqdim edib.

Tribuna.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Tehran bu təklifi qəbul edərsə, tərəflər arasında 30 günlük genişmiqyaslı danışıqlar mərhələsi başlayacaq. Məlumata əsasən, Vaşinqtonun əsas tələbləri və “qırmızı xətləri” aşağıdakılardır:

– İranın nüvə silahı əldə etmək niyyətində olmadığını rəsmi şəkildə təsdiqləməsi;

– Fordo, Nətənz və İsfahan nüvə obyektlərinin sökülməsi;

– Yeraltı nüvə fəaliyyətlərinə tam qadağa;

– Pozuntulara görə cəzalar nəzərdə tutulmaqla geniş yoxlama mexanizmlərinin tətbiqi;

– Uran zənginləşdirilməsinə 20 illik moratoriumun qəbul edilməsi;

– Bütün zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi;

– ABŞ sanksiyalarının mərhələli yumşaldılması və Hörmüz boğazının yenidən açılması;

– Əvvəlcədən fəaliyyət şərtlərinə bağlı olmayan sanksiyaların ləğvi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru