Vyetnamda uzunmüddətli necə qalmaq olar?
8-05-2026, 16:24

İnsanların çoxu səyahət etməyi sevir. Amma bəzi ölkələrin tətbiq etdiyi vaxt məhdudiyyətləri rahat və uzunmüddətli səyahətə mane ola bilir. Bununla belə, bəzi ölkələrdə bu məhdudiyyəti uzatmağın müxtəlif yolları var. Həmin ölkələrdən biri də Vyetnamdır.
Valyuta.az xəbər verir ki, bu barədə “ra_travellers” hesabında məlumat paylaşılıb.
Səyahət blogeri bildirilir ki, Vyetnama səfər etmək üçün onlayn viza almaq mümkündür: "Vizaya ən azı 1-2 həftə əvvəl müraciət etmək tövsiyə olunur. Çünki bəzi hallarda cavab gec çıxa bilər.
Vyetnamda viza ilə 90 gün qalmaq mümkündür. İstəyə uyğun olaraq həm tək girişli, həm də çoxgirişli (multi) viza almaq olar".
Bəs 90 gün başa çatdıqdan sonra nə etmək lazımdır?
Bloger bildirir ki, bunun üçün ən çox istifadə edilən üsullardan biri “vizarun”dur: "Vizarun"la müəyyən müddətdən sonra ölkədən çıxıb yenidən geri qayıdırsınız. Məsələn, Malayziya bunun üçün ən uyğun variantlardan hesab olunur. Çünki Azərbaycan vətəndaşları üçün vizasızdır. Üstəlik, Vyetnamdan Malayziyaya 30-40 avroya aviabiletlər tapmaq mümkündür.
Əgər başqa ölkəyə səyahət etmək istəmirsinizsə, xüsusi şirkətlər vasitəsilə “vizarun” xidmətindən istifadə edə bilərsiniz. Bu xidmət çərçivəsində sizi eyni gündə Laos sərhədinə aparırlar, bütün prosedurları özləri həll edirlər və daha sonra yenidən Vyetnama qaytarırlar. Bu xidmətin qiymətinin təxminən 150 dollardır".
Beləliklə, ölkədən çıxıb yenidən daxil olduqdan sonra Vyetnamda daha 3 ay qalmaq mümkün olur. Yəni uzunmüddətli qalmaq istəyən şəxslər hər 3 aydan bir “vizarun” etməlidirlər", - deyə səyahət blogeri əlavə edib.

