Tramp neftin 200-250 dollar olacağını gözləyirmiş: "Buna dəyərdi"

8-05-2026, 15:44           
Tramp neftin 200-250 dollar olacağını gözləyirmiş:
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibə səbəbindən neftin bir barelinin qiymətinin 200-250 dollara qədər yüksələcəyini gözlədiyini, lakin bunu İrana qarşı əməliyyatın məqbul nəticəsi hesab etdiyini bildirib. Bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.

Valyuta.az xəbər verir ki, məlumatı “CBS News” yayıb.

“Mən düşünürdüm ki, neftin qiyməti bir barel üçün 200-250 dollara qədər yüksələcək. Hazırda isə 100 dollardır. Amma hətta 200 dollar olsaydı belə, bu (İrandakı müharibə-red.) buna dəyərdi", deyə ABŞ prezidenti bildirib.

“International Business Times” nəşri əlavə edib ki, Tramp jurnalistlər qarşısında çıxışı zamanı ciddi iqtisadi sarsıntılarla barışmağa hazır olduğunu da ifadə edib.

ABŞ prezidenti xüsusilə bildirib ki, fond bazarının 20-25 faiz enməsi bahasına belə hərbi kampaniya aparmağa hazırdır.

“İran nüvə silahına sahib ola bilməz. Onlar nə qədər sərt olsalar da, biz onların sağ qalmasını istəyirik”, deyə o əlavə edib.

KİV-in məlumatına görə, Ağ Ev hesab edir ki, ABŞ və İran sülh razılaşmasının imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. “Axios” nəşrinin mənbələrinin sözlərinə görə, ABŞ yaxın 48 saat ərzində İrandan bir neçə əsas suala cavab gözləyir.

Bu fonda mayın 6-da neftin qiyməti bir barel üzrə 10 dollardan çox ucuzlaşıb. Mayın 7-də ticarət sessiyası zamanı dünya bazarında “qara qızıl”ın qiyməti əvvəlcə artsa da, Kiyev vaxtı ilə saat 13:03 vəziyyətinə görə yenidən enişə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru