Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”

8-05-2026, 17:07           
Ermənistan Rusiyanın göndərdiyi “İskəndər”lərdən imtina edir - “The New Indian Express”
Ermənistan Rusiyanın verdiyi “İskəndər” raket sistemlərini Hindistan istehsalı “Pralay” ballistik raketləri ilə əvəz edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The New Indian Express” məlumat yayıb.

Hindistan nəşri tərəflər arasında kifayət qədər irəliləmiş mərhələdə olduğu bildirilən danışıqlar barədə məlumat verib. Hazırda müzakirələr sistemin satınalma qiyməti ətrafında gedir. Ermənistanın bu sistemləri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan İsrail istehsalı “Lora” raket sistemlərinə qarşı əldə etmək istədiyi bildirilib.

Mənbə qeyd edib ki, söhbət belə silahların satışına dair beynəlxalq məhdudiyyətlərə uyğun ixrac variantından gedir, yəni raketin uçuş məsafəsi 290 kilometrədək olacaq. Bu isə Rusiyanın tədarük etdiyi “İsgəndər-E” komplekslərinin imkanlarına uyğundur.

“Hazırda Ermənistanın cəmi dörd ədəd “İskəndər” buraxılış qurğusu və istifadəsi ilə bağlı suallar doğuran məhdud sayda raketi var”, - nəşr yazıb.

Ermənistan artıq Hindistandan yedəkli və özüyeriyən artilleriya sistemləri, zenit-raket kompleksləri, eləcə də “Pinaka” hava hücumundan müdafiə sistemləri alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru