Vaşinqton administrasiyası Rusiya ilə daha yaxın münasibətlər qurmaq üçün Ukraynaya yardımı 99 faiz azaldıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat dərc edib.
Qəzetin məlumatına görə, Kiyev və Vaşinqton arasındakı münasibətlər tədricən pisləşir və Ukrayna üçün geriləmələr müşahidə olunur. Məqalədə deyilir ki, ABŞ administrasiyası Kiyevə dəstəyin kəskin şəkildə azaldılması fonunda Moskvanın xeyrinə işlər görməyə çalışır.
Qəzetin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başladıqdan sonra Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar dayandırılıb və Kiyev daha uzunmüddətli müharibəyə təhrik edilib.
Zelenski də öz növbəsində Tramp administrasiyasından uzaqlaşmağa başlayıb və Vaşinqtonun Rusiya neftinə qarşı bəzi sanksiyaları yumşaltmaq qərarını tənqid edib.