Latviya ABŞ-ın Almaniyadan çıxarmağı planlaşdırdığı əlavə hərbi kontingenti qəbul etməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Baiba Braje bildirib.
Nazirin sözlərinə görə, Riqa bu məsələ ilə bağlı müttəfiqlərlə müzakirələr aparır və Vaşinqtonun bölgədəki hərbi mövcudluğunun artırılmasını müsbət qiymətləndirir.
Braje vurğulayıb ki, Latviya NATO çərçivəsində təhlükəsizlik əməkdaşlığının gücləndirilməsində maraqlıdır.
Qeyd edək ki, bundan əvvəl Polşa da əlavə ABŞ qoşunlarını qəbul etmək istədiyini açıqlamışdı.