İran uranla bağlı ABŞ-yə "yox" dedi

12-05-2026, 10:48           
İran uranla bağlı ABŞ-yə "yox" dedi
İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması ehtimalını rədd edərək, bu prosesi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında müstəqil şəkildə azaltmağa hazır olduğunu bəyan edib.

Bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

İran hakimiyyətindəki mənbənin sözlərinə görə, Tehran uranın xaricə verilməsindən imtina edib və zənginləşdirmə səviyyəsini BAEA-nın müşahidəsi altında öz ərazisində azaltmağa razılıq verib.

Bildirilib ki, ABŞ uranın zənginləşdirilməsinin 20 il müddətinə dayandırılmasını tələb etsə də, Tehran bu şərtlə razılaşmayıb.

Vurğulanıb ki, İran zənginləşdirmə səviyyəsini yalnız öz qərarı ilə azaltmaq niyyətindədir.

Həmin mənbənin iddiasına görə, rəsmi Vaşinqton İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya verilməsi ideyasından imtina edib və alternativ olaraq üçüncü bir ölkəni potensial alıcı kimi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru