Qətərdən Pakistana mayeləşdirilmiş təbii qaz daşıyan tanker Hörmüz boğazını keçdi
Dünən, 00:11
Qətərdən Pakistana mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan Sinqapur bayrağı altında üzən Mihzem tankeri Hörmüz boğazından keçməyi bacarıb.
TEREF bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, gəmi hazırda Oman körfəzindədir.
Yaxın Şərq münaqişəsinin başlanğıcından bəri bu, Qətərdə yüklənən və Fars körfəzindən Oman körfəzinə yola düşən ikinci LNG tankeridir. Ötən həftə sonu may ayının əvvəlində Ras Laffan sənaye zonasında LNG yükləyən Əl-Xaraitiyat tankeri buna nail olub.
Qətər hakimiyyəti gəmi heyətinə Ras Laffandakı Qətərin əsas LNG terminalının yaxınlığında olduqları zaman mövqe məlumatlarının ötürülməsi sistemlərini söndürmələri barədə göstəriş verib.
Agentlik qeyd edib ki, ABŞ-İran münaqişəsi səbəbindən enerji ixracatçıları təhlükəsizlik səbəbi ilə gəmilərinin yerini gizlətməyə çalışırlar. Bundan əvvəl, BƏƏ-nin Das adasındakı Abu Dabi Milli Neft Şirkətinin zavodunda yüklənmiş ən azı iki tanker transponderləri söndürülmüş şəkildə yola düşmüşdü./Qafqazinfo/