"Google" və "SpaceX" süni intellekt məlumat mərkəzlərini kosmosa daşımağı düşünür.
Bu gün, 16:24
"Google" və "SpaceX" süni intellekt üçün məlumat mərkəzlərinin gələcəkdə kosmosa daşınması imkanını müzakirə edir.
Valyuta.az xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, şirkətlər Yer orbitində yerləşdirilə biləcək məlumat mərkəzləri layihəsini qiymətləndirir.
Məqsəd generativ süni intellektin artan enerji və hesablama gücü tələbatını qarşılamaqdır. Bildirilir ki, "SpaceX" kosmosdakı məlumat mərkəzlərini gələcəkdə vacib alternativ hesab edir.
"Google"ın “Project Suncatcher” layihəsi çərçivəsində 2027-ci ilə qədər prototip peyklər buraxmağı planlaşdırdığı da qeyd olunur.