Hörmüz bağlandı, yük Panama kanalına düşdü - 70 faiz artım
Bu gün, 17:44
Panama kanalı vasitəsilə xam neft və neft məhsullarının daşınma həcmi apreldə ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox artıb. Bu barədə “Nikkei Asia” nəşri “Kpler” tədqiqat şirkətinin məlumatlarına istinadən yazıb.
2026-cı ilin aprelində Panama kanalı ilə gündəlik orta daşınma həcmi 1,77 milyon barel təşkil edib. Bu göstərici 2025-ci ilin analoji dövrü ilə müqayisədə 74 faiz çoxdur və 2013-cü ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur.
Ən böyük artım Yaponiya istiqamətində müşahidə edilib. Belə ki, bu ölkəyə daşınmalar beş dəfədən çox artaraq gündəlik 260 min barelə çatıb.
“Nikkei Asia”nın qeyd etdiyi kimi, bu artım Hörmüz boğazı vasitəsilə daşımalar zamanı yaranan problemlərlə bağlıdır. Agentliyin məlumatına görə, Asiya ölkələri neft və neft məhsulları tədarükü üçün ABŞ bazarına daha çox müraciət etməyə məcbur qalırlar. Bunun əsas səbəbi isə kiçik və orta ölçülü tanker gəmilərinin Panama kanalından keçə bilməsidir.