Abbas Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
Bu gün, 15:24
Küveytin Hərbi Dəniz Qüvvələri Fars körfəzində İrana aid gəmiyə hücum edib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Küveyt nifaq salmaq üçün açıq-aşkar bir cəhdlə Fars körfəzində qanunsuz olaraq İran gəmisinə hücum edib, dörd vətəndaşımızı saxlayıb", - o bildirib və əlavə edib ki, bu, ABŞ tərəfindən İrana hücum etmək üçün istifadə edilən adanın yaxınlığında baş verib:
"Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edir və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".